9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

“Neftçi”nin bombardiri: “Hazırda rəqəmlərə o qədər də önəm vermirəm”

“Neftçi”nin futbolçusu Breno Almeyda Azərbaycan Premyer Liqasının II turunda "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı vinger nəticədən məmnunluğunu ifadə edib:

“İlk növbədə Allaha təşəkkür edirəm. Komandamı təbrik edirəm. Çünki bu, böyük əziyyətin bəhrəsidir”.

2 turdan sonra 4 qolla çempionatın bombardiri olan 28 yaşlı vinger bu barədə çox düşünmədiyini vurğulayıb: “Hazırda statistikalara, rəqəmlərə o qədər də önəm vermirəm. Mənim əsas məqsədim yaxşı məşqlər etmək və oyunlara köklənməkdir. Bundan sonra nəticə öz-özünə gələcək”.

Braziliyalı futbolçu növbəti tur barədə geniş danışmayıb: “Artıq istirahət edəcəyik, dincələcəyik. Sonra "Zirə" ilə matçı düşünməliyik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31