8 Oktyabr 2026, Cümə axşamı
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Tvente” (Niderland) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da saat 13:30-da Suraxanıdakı məşq bazasında baş tutacaq. Saat 19:15-də isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Con van den Bromun iştirakı ilə keçiriləcək mətbuat konfransı saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. “Tvente”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) isə saat 18:00-da eyni stadionda keçiriləcək.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31