14 Noyabr 2026, Şənbə
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı

Ölkə futbolu

Kurban Berdıyevdən qələbə şərhi

“Çempionatın ilk oyunu hər zaman çətin keçir. Şadam ki, qələbə qazandıq. Çox vacib qələbə oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının ilk turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis Tavareş və Balau haqda fikirlərini bölüşüb: “İkisi də komandaya yaxşı adaptasiya oldular. Balaunu transfer etdiyimizə görə şadıq. Tavareş də bu gün başqa səviyyədə oyun göstərdi. Bu da rəqabətin güclü olacağından xəbər verir”.

O, “90 dəqiqə ərzində 2 futbolçunuz zədələndi. Bu, təlim-məşq toplanışının ağır keçməsindən xəbər verir?” sualını belə cavablandırıb: “Hər iki zədə də fiziki təmasla bağlı oldu. Siz necə düşünürsünüz, bu, təlim-məşq toplanışı ilə bağlı ola bilərmi?”

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30