29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Kaxaber Sxadadze: “Turan Tovuz”un ciddi qol epizodları olmadı”

“Yaxşı, maraqlı oyun oldu. Görüş bərabər mübarizə şəraitində keçdi. Birinci hissədə bir səhv etdik və rəqib fərqləndi. Bundan başqa, “Turan Tovuz”un ciddi qol epizodları olmadı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının ilk turunda “Turan Tovuz”a uduzduqları oyundan sonra deyib.

Gürcü mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“İkinci hissədə rəqibi sıxdıq,  təhlükəli vəziyyətlər yaratdıq. Son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı. Bu heyətlə ilk oyuna çıxırdıq. Buna baxmayaraq, komandada böyük potensial gördüm. Bir qədər də artırıb növbəti oyunlarda uğurlu nəticələr əldə etməyə çalışacağıq”.

Sxadadze “Qəbələ” fanatlarına təşəkkürünü bildirib:

“Uzaq məsafə qət edib Tovuza gələn azarkeşlərimizə təşəkkür edirəm. Ötən mövsüm də çətin vəziyyətdə olarkən sonadək komandaya dəstək oldular”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30