14 Noyabr 2026, Şənbə
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı

Ölkə futbolu

Murad Məmmədov “Pafos"da ilk qolunu şərh etdi

U-21 millimizin üzvü Murad Məmmədov Kiprin "Pafos" klubunda ilk qolunu vurmasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, 20 yaşlı vinger bu barədə instaqram hesabında paylaşım edib.

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin Avstriyanın "Zaltsburq" komandasına qarşı keçirilən cavab oyununda fərqlənən M.Məmmədov bunları yazıb:

"Hər şeydən əvvəl Allaha təşəkkür edirəm. Bizə dəstək olan hər kəsə minnətdaram. Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik. Amma yolumuza davam edəcəyik. İrəli, "Pafos".

Xatırladaq ki, matç 3:3 hesabı ilə yekunlaşıb. "Pafos"un sonuncu qoluna Murad Məmmədov imza atıb. Səfərdə 0:1 hesabı ilə uduzan Kipr komandası UEFA Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasının pley-offunda çıxış edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30