13 Sentyabr 2026, Bazar günü
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi
V turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Turan Tovuz”dan yenilik

Yeni mövsümdən etibarən “Turan Tovuz” elektron bilet sisteminə keçir.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda klubun yaydığı açıqlamada bildirilir.

Bu yenilik Tovuz stadionunun UEFA standartlarının tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır:

“Birbilet.az ilə əməkdaşlığımız çərçivəsində azarkeşlərimiz artıq kassaya gəlmədən biletləri onlayn şəkildə əldə edə biləcəklər.

Qeyd edək ki, mövsümlük bilet əldə etməklə stadionda özünüz üçün ən ideal yeri seçə və mövsüm boyu bütün oyunları eyni yerdən izləyə bilərsiniz.

Şəhid ailələri və qazilərimiz onlar üçün ayrılmış sektora dəvətnamələri stadionumuzun kassasından ödənişsiz əldə edə bilərlər.

Elektron bilet almaqda çətinlik çəkən azarkeşlərimiz isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.

Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq”.

Mövsümün ilk oyunu üçün biletlər bu gün saat 11:00-dan satışa çıxarılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30