11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Ölkə futbolu

“Neftçi” macarıstanlı yarımmüdafiəçi transfer etdi

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. "Ağ-qaralar" macarıstanlı hücumameylli yarımmüdafiəçi Alen Şkribeki heyətinə cəlb edib. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin sonuncu klubu ZTE olub. O, 2026/27 mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.

Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir.

Qeyd edək ki, 2023/24-də “Pakş” klubu ilə ölkə kubokunu başı üzərinə qaldırmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 3 assist edib.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30