16 Oktyabr 2026, Cümə
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Ölkə futbolu

Avroliqa: “Qarabağ”ın III mərhələdəki mümkün rəqibləri

“Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanovun komandası 2-ci təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sı ilə qarşılaşacaq. Oyunlar iyulun 23-də Bakıda, 30-da isə Sofiyada keçiriləcək.

Bununla yanaşı, iyulun 20-də Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. haqqin.az saytı yazır ki, “Qarabağ” - ÇSKA cütlüyü Ağdam təmsilçisinin yüksək reytinqinə (42,750) görə səpələnmişlər sırasında yer alacaq.

“Qarabağ” Bolqarıstan klubunu mübarizədən kənarlaşdıracağı halda, 3-cü mərhələdə aşağıdakı rəqiblərdən biri ilə qarşılaşa bilər:

“Yagelloniya” (Polşa);

“Makkabi” (Təl-Əviv, İsrail) - “Şerif” (Moldova) cütünün qalibi;

“Hammarbü” (İsveç) - “Anderlext” (Belçika) cütünün qalibi;

“Pafos” (Kipr) - “Hayduk” (Xorvatiya) cütünün qalibi;

“Tromse” (Norveç) - “Hradets Kralove” (Çexiya) cütünün qalibi;

Çempionlar Liqasındakı “Şturm” (Avstriya) - “Harts” (Şotlandiya) cütünün məğlubu;

* Çempionlar Liqasındakı “Fənərbaxça” (Türkiyə) - “Qurnik” (Polşa) cütünün məğlubu

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Komandanın həmin mərhələdəki 12 mümkün rəqibindən dördü artıq məlumdur. Bunlar Belçikanın “Sent-Trüyden”, Türkiyənin “Trabzonspor”, Yunanıstanın OFİ və Norveçin “Lillestrem” klublarıdır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31