16 Oktyabr 2026, Cümə
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Ölkə futbolu

Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıblar

Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıblar.

Futbolxeber.az saytının məlumatına görə, mübarizəyə I təsnifat mərhələsindən başlayan “Sabah”, “Qarabağ” və “Zirə” hər iki görüşlərini qələbə ilə başa vurublar. Topların nisbəti isə 16:1-dir.

İlk raundda “Sabah” Çempionlar Liqasında UELS-in TNS klubunu (2:0, 2:1), “Qarabağ” İslanadiyanın “Vestri” kollektivini (hər iki oyunda 3:0), “Zirə” isə Gürcüstanın “Torpedo” komandasını (hər iki matçda 3:0) məğlub edib.

Bu, Azərbaycan futbolunun tarixində avrokubokların bir mərhələsində qazanılan ən çox qələbə sayıdır. Buna qədər ən yaxşı göstərici 2017-2018-ci illər mövsümündə qeydə alınıb. Həmin vaxt Azərbaycan təmsilçiləri 2 raundda ümumilikdə 6 qalibiyyət əldə etmişdilər.

“Sabah”, “Qarabağ” və “Zirə”nin uğurlu nəticələri Azərbaycanı bu göstərici üzrə Avropada zirvəyə yüksəldib. Belə ki, Azərbaycan bu mövsüm avrokuboklarda mübarizəyə start verən 33 ölkə arasında qələbə sayına görə liderdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31