15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Rəşad Sadıqov: “Torpedo” ilə qarşılaşmaq istəmirdik”

"İlk dəqiqələrdən rəqibin fərqli taktika ilə oynaması bizə biraz çətinlik yaşatdı. Lakin futbolçularım yaxşı reaksiya göstərdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo"ya 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.

“Zirə” ümumilikdə 6:0 hesablı üstünlüklə 2-ci mərhələyə adlayıb. Sadıqov komandasının uğurunu belə şərh edib:

"İlk hissədə vacib 2 qol vurduq. Klub rəhbərliyini və azarkeşləri qələbə münaibətilə təbrik edirəm. Püşkdən əvvəl "Torpedo" klubu ilə qarşılaşmaq istəmirdik. Tarixi ənənələri var və Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcüd idi. Hər şey bizim üçün uğurlu alındı və mərhələ adlaya bildik".

Qeyd edək ki, "Zirə" 2-ci təsnifat mərhələsində "Payde" (Estoniya) ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31