15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Azərbaycan millisindən ardıcıl ikinci qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, B Liqasının B qrupunda yer alan millimiz Slovakiya yığması ilə qarşılaşıb. Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.

Qeyd edək ki, qrupdakı ilk oyunda İngiltərə yığmasını 8:3 hesabı ilə məğlub edən Azərbaycan millisi üçüncü matçını iyulun 17-də Latviya seçməsinə qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31