15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

"Araz-Naxçıvan" yeni hücumçu transfer etdi

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.

Futbolxeber.az saytına bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti 1 ildir.

O, müxtəlif illərdə "Vital O", "Kiqali", "Al-Faisaly", "Muktijoddha", "Əl-Naft", "Kuçinq", "Əl Əttihad", PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın "Persijap" komandasında keçirib. Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan forvard 2022-ci ildə Burundi millisinin 13 oyunda formasını geyinib və 3 qol vurub.

Sudi artıq komanda ilə birgə məşqlərə başlayıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31