12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Renaldo Sefas: “Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”

Renaldo Sefas “Qarabağ”a transferini şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı yamaykalı vinger sosial şəbəkə hesabında paylaşım edərək Ağdam təmsilçisinə keçidindən məmnunluğunu ifadə edib.

“İlk demək istədiyim hər şeyə görə Tanrıya şükür etməkdir. Hər şeyə görə çox minnətdaram. Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”, - deyə o yazıb.

Sefas klub rəhbərliyinə və əməkdaşlarına da təşəkkür edib: “Klubdakı əməkdaşlara təşəkkür etmək istəyirəm. Onlar mənim burada özümü evimdəki kimi hiss etməyimə şərait yaratdılar”.

Sepas yeni komanda yoldaşları ilə görüşmək və məşqlərə başlamaq üçün səbirsizləndiyini də vurğulayıb.

Qeyd edək ki, Renaldo Sefas dünən “Qarabağ”la 3 illik müqavilə imzalayıb. Ağdam təmsilçisi Sefasa görə onun klubu olmuş “Pari NN”ə (Rusiya) 1 milyon avro təzminat ödəyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30