12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Neftçi”nin yeni transferi tibbi müayinədən uğurla keçdi

"Neftçi”nin yeni transferi Lümobir Tupta artıq Bakıdadır.

Futbolxeber.az saytının məlumatına görə, Slovakiya millisinin hücumçusu tibbi müayinədən uğurla keçib. O, qarşıdakı saatlarda “Neftçi” ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, hücumun həm mərkəzində, həm də cinahında çıxış edən Tupta peşəkar karyerasına İtaliyanın “Verona” klubunda başlayıb. Daha sonra o, müxtəlif vaxtlarda “Visla” (Polşa), “Askoli” (İtaliya), “Sion” (İsveçrə), “Slovan” (Çexiya), “Peskara” (İtaliya) və “Vidzev”də (Polşa) forma geyib.

Slovakiyalı forvardın son klubu isə “Larissa” olub. 2025-ci ildən çıxış etdiyi Yunanıstan klubunda o, 35 matçda 8 qol vurub.

Lümobir Tupta Slovakiyanın U-17 (6 oyun, 3 qol), U-18 (6 oyun, 1 qol), U-19 (9 oyun, 4 qol) və U-21 (12 oyun, 5 qol) yığmalarında forma geydikdən sonra 2023-cü ildə əsas millidə debüt edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30