27 Sentyabr 2026, Bazar günü
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə

Ölkə futbolu

“Neftçi” Slovakiya millisinin hücumçusunu transfer edir

"Neftçi”nin növbəti transfer hədəfi məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar” Slovakiya millisinin hücumçusu Lümobir Tuptanı transfer etmək istəyir. 28 yaşlı futbolçu həm hücumun mərkəzində, həm də cinahda çıxış edir.

Tupta peşəkar karyerasına İtaliyanın “Verona” klubunda başlayıb. Daha sonra o, müxtəlif vaxtlarda “Visla” (Polşa), “Askoli” (İtaliya), “Sion” (İsveçrə), “Slovan” (Çexiya), “Peskara” (İtaliya) və “Vidzev”də (Polşa) forma geyib.

Slovakiyalı forvardın son klubu isə “Larissa” olub. 2025-ci ildən çıxış etdiyi Yunanıstan klubunda o, 35 matçda 8 qol vurub.

Lümobir Tupta Slovakiyanın U-17 (6 oyun, 3 qol), U-18 (6 oyun, 1 qol), U-19 (9 oyun, 4 qol) və U-21 (12 oyun, 5 qol) yığmalarında forma geydikdən sonra 2023-cü ildə əsas millidə debüt edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30