27 Sentyabr 2026, Bazar günü
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə

Ölkə futbolu

FİFA yeni dünya çempionatını Azərbaycana həvalə etdi

İFA Şurası Bürosu Azərbaycanın FIFA U-15 dünya kuboku və 2026-cı il futbol Festivallna ev sahibi seçildiyini açıqlayıb.

Futbolxeber.az-ın məlumatına görə, açıqlamanı qurumun saytı yayıb.

Qərar FİFA Şurasının ötən ilin dekabrında 15 yaşadək oğlan və qız futbolçular arasında yeni turnirin yaradılmasını təsdiqləməsindən sonra qəbul olunub.

İlk yarış 2026-cı ildə yalnız oğlan komandalarının iştirakı ilə keçiriləcək. 2027-ci ildə isə turnirdə yalnız qızlardan ibarət komandalar mübarizə aparacaq. 2028-ci ildən etibarən isə FİFA-ya üzv bütün assosiasiyalar həm oğlan, həm də qızlardan ibarət U-15 yığmaları ilə iki ayrı yarışda iştirak edə biləcəklər.

FİFA Azərbaycanın ev sahibi seçilməsini ölkənin yüksək səviyyəli idman və ümumi infrastruktur imkanları ilə əsaslandırıb. Bildirilib ki, Azərbaycan minlərlə uşaq futbolçunu və müşayiətçi heyəti mərkəzləşdirilmiş şəkildə qəbul etmək imkanına malikdir. Qərarın verilməsində Azərbaycanın U-20 dünya çempionatına ev sahibliyi etməsi də rol oynayıb.

FİFA Şurası Bürosunun qərarına əsasən, FIFA U-15 dünya çempionatı və Festival turniri 22-31 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30