1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Muaddibi rəsmən “Qarabağ”da

"Qarabağ" fransalı vinger Jali Muaddibi transfer edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı vinger 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. Muaddibi Ağdam klubunda 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Xatırladaq ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31