1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Abubakar “Bursaspor”a keçir?

“Neftçi”nin hücumçusu Vensan Abubakar karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Futbolxeber.az saytının “Africafoot”a istinadən verdiyi məlumata görə, Türkiyə 1-ci Liqasına vəsiqə qazanan “Bursaspor” kamerunlu forvardla maraqlanır.

İddiaya görə, Bursa təmsilçisi 33 yaşlı hücumçunun durumunu yaxından izləyir. “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Abubakarın Türkiyə klubuna azad agent kimi keçə biləcəyi qeyd olunub.

Məlumatda həmçinin bildirilir ki, Bakı klubunun futbolçunun müqaviləsindəki 1 illik uzatma bəndindən istifadə etməsi və ona yeni təklif göndərməsi gözlənilmir.

Qeyd edək ki, Vensan Abubakar bu mövsüm “Neftçi”nin heyətində 18 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31