16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Ölkə futbolu

“Uşaqlar maksimumunu ortaya qoydu”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 32-ci turunda “Zirə”yə 1:2 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç oyun haqda fikirlərini bölüşüb:

"Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. Gənc futbolçularla oynadıq. Uşaqlar üçün böyük məktəb oldu. Təbii ki, xal da qazana bilərdik. Amma alınmadı. Hesab edirəm ki, komanda bu gün maksimumu etdi. Komandam haqda pis nəsə deyə bilmərəm. Uşaqlar maksimumunu ortaya qoydu”.

- "Sumqayıt" üçün 6 və ya 7-ci yeri tutmağın əhəmiyyəti var?

- Təbii ki, bu, eyni deyil. Son oyun olsa da, bizim üçün vacibdir. Maksimum nəticəni əldə etmək istəyirik. Oyun da Sumqayıtda olacaq, özü də "Qarabağ"a qarşı. Maksimumu etməyə çalışacağıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30