1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Berdıyev: "3-cü qolu buraxmasaydıq...”

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə "Şamaxı"ya 2:3 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə pis oynadıq. Hakim barədə ümumiyyətlə danışmaq istəmirəm. İkinci hissədə daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma təəssüflər olsun ki, 3-cü qolu buraxdıq.

- Ötən tur avrokuboklara vəsiqəni təmin etdiniz. Buna görə futbolçularda arxayınlıq yox idi?

- Müəyyən mənada razılaşmaq olar. Birinci hissədəki oyuna köklənmə belə düşünməyə əsas verirdi. Amma ikinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik.

- Müdafiəçilər epizodlara gec reaksiya verirdi. Bunun səbəbi nədir?

- İlk hissədəki oyuna görə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.

- Hər iki komandanın aqressiv oyunu nədən qaynaqlanırdı?

- Mənə elə gəlir ki, hakimlikdən qaynaqlanırdı.

- Transferlə bağlı nə planlarınız var?

- Axtarışlar davam edir. Amma hələ ki yekun nəticə yoxdur.

- Neçə oyunçu transfer etməyi düşünürsünüz?

- Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31