12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Sahib Ələkbərov: “Biz yalnız irəli getmək istəyirik”

“Yarışımızın daha bir günü geridə qaldı. Bu, ən maraqlı və ən çətin mərhələlərdən biri idi. Həm məsafə, həm də yolların konfiqurasiyası baxımından”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışın ikinci mərhələsinin yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O, yarışın gözəl alındığını bildirib: “Qaliblərlə tanış oldunuz. Çox şadıq ki, qardaş Qazaxıstanın təmsilçisi bu yarışda belə yüksək nəticə göstərdi”.

S.Ələkbərov yarışa gözləniləndən daha çox maraq olmasına belə münasibət bildirib: “Budəfəki yarışımız çox yüksək səviyyədə keçir. Biz yarışı bərpa edəndə ilk məqsədimiz əvvəlki səviyyəni təkrarlamaq idi. Növbəti hədəf isə daha da irəli getməkdir. Bu, velosipedin fəlsəfəsidir. Dayandınsa, yıxılacaq. Biz isə yalnız irəli getmək istəyirik”.

İbrahim Cəfərov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30