12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Urfan Abbasov Premyer Liqada 350-ci oyununa çıxdı

Urfan Abbasov Premyer Liqada 350-ci oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Araz-Naxçıvan”ın kapitanının yubileyi “Sumqayıt”la səfər matçına (1:2) təsadüf edib. O, Azərbaycan Premyer Liqasının XXXI turunun görüşünə start heyətində çıxıb.

Abbasov 350 oyunda 8 qola imza atıb. Debütü 2011/12 mövsümünə təsadüf edən futbolçu üç klubun formasını geyinib. O, “Qəbələ”də 248 (5 qol), “Səbail”də 47 (2 qol) və “Araz-Naxçıvan”da 55 (1 qol) oyun keçirib.

Urfan Azərbaycan çempionatları tarixinə yüksək dəstədə 350 və daha çox oyun keçirən 14-cü futbolçu kimi düşüb. O, 2025/26 mövsümündə adı sifariş vərəqində olmuş oyunçular arasında 3-cü göstəriciyə malikdir. “Qəbələ”nin futbolçusu Asif Məmmədov 388, karyerasını mövsümün gedişində “Araz-Naxçıvan”da bitirən Qara Qarayev 360 matçın iştirakçısı olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30