12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Kadidən yubiley qolu

“Qarabağ”ın futbolçusu Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi “Qəbələ” ilə səfər qarşılaşmasında (1:1) fərqlənib.

25-ci qoluna Azərbaycan Premyer Liqasının XXXI turunda sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.

Azərbaycanda yalnız “Qarabağ”ın formasını geyinən Kadi 2021/22 mövsümündə 12, 2022/23 mövsümündə 4, 2024/25 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/26 mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30