12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, may ayında palçıqda futbol oynayırıq"

“Ağır oyun oldu. Meydançanın vəziyyətini gördünüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma sonluğu gətirə bilmədik. Məyusuq, qələbə qazanmaq istəyirdik. Artıq önümüzdəki oyunlara hazırlaşmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 31-ci turunda “İmişli”yə qarşı keçirilən oyundan sonra deyib.

Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Kubokun finalı ərəfəsində futbolçuları çempionat matçlarına kökləmək çətin deyil?

- Üstün tərəf biz idik, yaxşı qol fürsətləri yaratdıq. Qəti şəkildə sırf kuboku düşünmürük. Adətən kubokun finalı mövsümün sonunda olurdu. İndi isə ağır qrafikə təsadüf etdi. Rotasiyaların, zədələrin oyunumuza təsiri olur. Sıx qrafikdən keçmişik. 35 gün ərzində 8-ci oyunumuz idi. Aprel ayı bizi çox yordu. Meydançanın keyfiyyəti son ötürmələrə, zərbələrə təsir edirdi.

- Oyundan sonra rəqib baş məşqçi ilə görüşmədiniz. Bunun səbəbi nədir?

- Adətən oyundan sonra məşqçilər həmkarları ilə görüşüb sonra futbolçularını təbrik edir. "İmişli"nin baş məşqçisi isə matç bitən kimi oyunçularını təbrik etməyə getdi. Mən də tərcüməçi ilə görüşdüm və hərə öz istiqamətində getdi.

- Premyer Liqada komanda sayının artırılmasına gərək var?

- Əsas olan məqsədin nə olmasıdır. Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, may ayında palçıqda futbol oynayırıq. Klubların çoxu 3-4 stadionda oynayır. İnfrastrukturu, stadionu olan klub varsa, Premyer Liqaya gələ bilər. Çempionatımızda keyfiyyətli komandalar, legionerlər var. Bu keyfiyyəti saxlamaq üçün ən azı ot örtüyü yaxşı vəziyyətdə olmalıdır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30