12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

AFFA-dan “Qarabağ”a ümumilikdə 20 oyun cəza, 71 500 manat cərimə

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az-ın assosiasiyanın saytına istinadən verdiyi məlumata görə, 21 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda “Sabah”a qarşı keçirilən cavab qarşılaşmasında yaşananlar səbəbindən Ağdam klubu “cəza yağışı”na tutulub.

Belə ki,

* oyunun 37-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyinə və  birbaşa qırmızı vərəqə aldığı üçün Mateus Koxalski 1 oyunluq cəzalanıb, komandası 1000 manat cərimə edilib;

* oyun bitdikdən sonra Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyunluq cəzalanıb, komandası 25500 manat cərimə edilib;

* oyun bitdikdən sonra məşqçi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyunluq cəzalanıb, “Qarabağ” 18000 manat cərimə edilib;

* oyun bitdikdən sonra “Qarabağ”ın əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb, komandası 8000 manat cərimə edilib;

* oyunda “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Ağdam klubu 2000 manat;

* azarkeşlər tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə 7000 manat;

* oyunda azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 8000 manat;

* “Qarabağ” azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə isə 5000 manat cərimə edilib.

Üstəlik, stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər də “Qarabağ” tərəfindən qarşılanmalıdır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30