12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"İmişli"nin əməkdaşları "Trabzonspor"un düşərgəsində

“İmişli” klubunun nümayəndə heyəti “Trabzonspor” da 5 günlük təcrübə proqramında olublar.

Futbolxeber.az saytının məlumatına görə, proqramda klubun oyunların təşkili üzrə meneceri İlkin Əhmədov və komandanın meneceri Mədət Eminbəyli iştirak ediblər.

“Trabzonspor”un meneceri Əmrah Tokun dəvəti ilə baş tutan səfər zamanı nümayəndələr əsas komandanın bazası, qadın futbol akademiyası və aşağı yaş qrupları üzrə təlim-məşq mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində klubun baş məşqçisi Fateh Təkkə və rəhbərliklə keçirilən görüşlərdə oyunların təşkili, əməkdaşlıq imkanları və təcrübə mübadiləsi müzakirə edilib.

Bununla yanaşı, “Trabzonspor” klubunun uşaq futbol akademiyası ziyarət edilib, akademiyanın rəhbəri İlkər Ərdəmlə qarşılıqlı əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30