12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirə yekun vurulub

Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Qazax, Tovuz, Ağstafa və Şəmkirdən 8 komandanın iştirak etdiyi yarış 2016-cı il təvəllüdlü futbolçular arasında baş tutub.

Yarışın yarımfinal oyunlarında  “Turan Tovuz” Şəmkir “Yasamal”ını, “Qazax-Siti” isə Ağstafa “Avey”ini məğlub edərək finala yüksəliblər. Üçüncülük uğurunda oyunda “Avey”i məğlub edən “Yasamal” bürünc medallara sahib olub.

Finalda “Qazax-Siti”dən üstün olan “Turan Tovuz” yarışın qalibi adını qazanıb.

Müxtəlif nominasiyalarda fərqlənən futbolçulara Fəxri Fərmanlar, hədiyyələr təqdim olunub. Qərb Regional Futbol Federasiyasının prezdienti Nadir Nəbiyev “Turan Tovuz”a çempionluq kubokunu təqdim edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30