Ölkə futbolu
Ayxan Hüseynov: “Berdıyevin təcrübəsi avrokuboklarda bizə çox kömək olacaq”
“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Məğlubiyyətə səbəb nə oldu?
- Birinci hissəni pis keçirmədik. Bizdə həmişə ikinci hissənin əvvəli problem olur. Bilmirəm niyə, amma fasilədən sonra həmişə ilk 5-10 dəqiqəni zəif keçiririk. “Qarabağ” da bundan istifadə elədi. Ardıcıl iki qol vurdular. Çalışırdıq oyunu dəyişək. Təəssüf ki, alınmadı.
- Sanki qapınızda ikinci qolu gördükdən sonra ayıldınız. Əvvəldən bu cür oyun göstərməyinizə nə mane olurdu?
- Birinci hissə əsasən mübarizə şəraitində keçdi. Daha çox əks-hücumlara bel bağlayırdıq. “Qarabağ”ın da hücumları pis alınmırdı. İkinci hissəyə çox pis başladıq. Düzdür, rəqibin qolları gözəl idi, amma biz belə toplar buraxmamalıyıq. Sanki hələ paltardəyişmə otağından çıxmamışdıq.
- Sona yaxın 2-3 real qol şansını boşa verdiniz. Həmin epizodları nəzərə alsaq, demək olar ki, “Turan Tovuz” 1 xal itirdi?
- Bəli, demək olar. Son dəqiqələrdə yaxşı şanslarımız var idi. Mənim də epizodum oldu, təəssüf ki, istifadə edə bilmədim. Məşqlərdə bunun üzərində daha çox çalışmalıyıq. Artıq bu oyunu unutmalı, növbəti matça hazırlaşmalıyıq.
- “Qarabağ”a uduzmaqla böyük ölçüdə gümüş medal qazanmaq şansını boşa verdiniz. Bu məğlubiyyət komandaya mənfi təsir etməyəcək?
- Belə vəziyyətlər olanda azarkeşlər bizdən maksimum nəticə gözləyirlər. Buna qədər “Qarabağ”la aramızdakı xal fərqi 3 idi. Ona görə də çox adam düşünürdü ki, qələbə qazansaq, ikinci yeri də tuta bilərik.Amma bizim hədəfimiz bu il avrokuboklara yollanmaqdır. Ona görə düşünürəm ki, bizim üçün üçüncü yer də yaxşı nəticədir. Bu mövqeni qorumalıyıq. Artıq növbəti turu düşünməliyik. Azarkeşlərimiz önündə oynayacağıq. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
- Gözəl zərbə ilə fərqləndiniz. Sizcə, bu, ayın qolu seçilə bilər?
- Kənardan hələ qolu izləməmişəm. Amma məncə, gözəl qol alındı. Çoxdandır fərəqlənmirdim. Oyundan əvvəl də uşaqlara demişdim ki, qol vura bilsəm, əla olar. “Qarabağ”a bu cür gözəl qol vurmaq çox xoşdur.
- Mövsümü üçüncü pillədə başa vursanız, bunu uğurlu nəticə kimi qəbul etmək olar?
- Üçüncü pilləni saxlasaq, bəli, bizim üçün uğurlu mövsüm hesab olunacaq. “Turan Tovuz”un Premyer Liqada dördüncü mövsümüdür. Məncə, bu, ən uğurlu mövsümdür.
- Əvvəlki illərdə “Qarabağ”a qarşı daha yaxşı çıxış edirdiniz. Bu mövsüm isə hər 3 oyunda rəqibə uduzdunuz. Bunun səbəbini nədə görürsünüz?
- Hər oyunda sanki nəsə çatmır. 3 oyunun 3-də də bir top fərqli ilə uduzduq. Amma unutmayaq ki, “Qarabağ” “Qarabağ”dır. Onlara qarşı oynamaq çətindir. Bir az bəxt amilinin də təsiri var. Ötən il elə oyunlar olur ki, heç özümüz də inanmırdıq. Xatırlayırsınızsa, burda hesabda geridə olsaq da, 5 dəqiqəyə 2 qol vurub qələbə qazanmışdıq. Bu mövsüm bir qədər bəxtimiz də gətirmir. Olur belə hallar.
- Konfrans Liqasına vəsiqə qazanacağı halda, “Turan Tovuz” qrup mərhələsinə qədər irəliləyə bilər?
- Məncə, bu barədə düşünmək hələ tezdir. Çox ağır mövsüm keçiririk. İndi yalnız son 3 turu düşünürük. Çempionat bitdikdən sonra da istirahət etməliyik. İstirahətin ardınca avrokuboklar barədə düşünmək olar.
- “Turan Tovuz”dan avrokuboklarda gözləntilərin böyük olmasında Kurban Berdıyev amili də var. Çünki bilirik ki, o, daha əvvəl “Rubin”lə, “Rostov”la avrokuboklarda çox yaxşı nəticələr qazanıb...
- Əlbəttə, baş məşqçimizin zəngin avrokuboklar təcrübəsi var. Onun peşəkarlığı, avrokuboklarda qazandığı nəticələr çox yaxşıdır. Təbii ki, “Turan Tovuz”u da avrokuboklara çox yaxşı hazırlaşdıracaq. Onun təcrübəsi hansısa məqamlarda bizə kömək olacaq. Bu, bizim üçün çox böyük üstünlükdür. Biz də Berdıyevə inanırıq. Çalışırıq hər zaman onun tapşırıqlarını yerinə yetirək. Sadəcə dediyim kimi, hələ avrokuboklar barədə danışmaq tezdir. Ümumilikdə isə bəli, Berdıyev kimi baş məşqçimizin olması sevindirici haldır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
11.11.2026
10.11.2026
09.11.2026
























