10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

“Neftçi”nin hədəfi qarşıdakı 4 oyunun 4-də də qalib gəlməkdir”

“Hava şəraiti bizə bir qədər maneçilik törədirdi. Buna baxmayaraq, yaxşı oyun sərgilədik, layiqli qələbə qazandıq. Komandamızı, azarkeşlərimizi təbrik edirəm”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Murad Məmmədov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, ikinci hissənin əvvəlində buraxılan qolun komandanı ayıltdığını bildirib: “Düzdür, ikinci hissə başlayanda konsentrasiyamızı itirdik. Lakin qoldan sonra özümüzə gəldik. Necə deyərlər, “Neftçi” olduğumuzu bir daha meydanda göstərdik”.

21 yaşlı futbolçu “Neftçi”nin avrokubok şansını belə dəyərləndirib: “Hər oyunda qalib gəldikcə, motivasiyamız daha da artır. Düşünürəm ki, belə davam etsək, avrokuboklara vəsiqə qazanacağıq”.

M.Məmmədov “Neftçi”nin qarşıdakı gərgin qrafikində də söz açıb: “Hər oyuna hazırıq. Məqsədimiz hər matçda 100 faiz gücümüzü ortaya qoyub qələbə qazanmaqdır. İnanıram ki, bir az da artırsaq, daha yaxşı olar”.

“Qarşıdakı “Araz-Naxçıvan”, “Zirə” və “Qarabağ”la iki oyunda “Neftçi” neçə xal toplaya bilər?” sualını o, belə cavablandırıb: “Hədəfimiz 4 oyunun 4-də də qalib gəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik, vuruşacağıq. Meydanda əlimizdən gələni edəcəyik ki, bizi sevənlər məyus olmasınlar”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31