20 Iyun 2026, Şənbə
“Zirə”dən yeni qapıçı transferi
“Neftçi”dən yarımmüdafiəçi transferi
"Zirə"də gözlənilməz ayrılıq
DÇ-2026: Türkiyədən erkən vida

Ölkə futbolu

Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək

"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, 2015-ci il və daha kiçik təvəllüdlü futbolçular arasında təşkil olunacaq turnir martın 19-dan 21-dək "Palms Sports" Futbol Mərkəzində baş tutacaq.

"Neftçi" B qrupunda "Dinamo (Voronej, Rusiya), "Göztəpə" (Türkiyə) və "Qarabağ" ilə mübarizə aparacaq. A qrupunda isə "Dinamo" (Moskva), "Beşiktaş" (Türkiyə), "Kayrat" (Qazaxıstan) və "Ulduz" komandaları yer alıblar.

"Neftçi" martın 19-da "Dinamo" (Voronej) və "Qarabağ", martın 20-də isə "Göztəpə" ilə qarşılaşacaq.

Reqlamentə uyğun olaraq, martın 20-də A qrupunun qalibi B qrupunun ikincisi ilə, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutan komandalar da eyni prinsip əsasında oyunlar keçirəcəklər.

Turnirin son günü – martın 21-də 7-ci, 5-ci və 3-cü yerlər uğrunda oyunlar, eləcə də final görüşü keçiriləcək. Həlledici matçdan sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, "Bakı Kuboku" beynəlxalq turnirinin bütün oyunları "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30