12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Azərbaycan çempionatları tarixində 9-cu

“Turan Tovuz”un qapıçısı Sergey Samokun Azərbaycan Premyer Liqasındakı quru seriyası qırılıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, rusiyalı qolkiper mövsümdə ilk qolunu 24-cü turun “Kəpəz”lə səfər matçında (1:1) buraxıb.

Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qolkiper sonuncu dəfə 2024/25 mövsümünün 34-cü turunda qol buraxıb. O, “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib.

Hacıyevin qoluna qədər Sergey 812 quru dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atan 9-cu əlcək sahibi olub.

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə

2. Xalidu Sissoko (“Bakı”) – 985

3. Xalidu Sissoko (“Bakı”) – 971

4. Camaləddin Əliyev (“Qarabağ”) – 958

5. Pavel Doroşev (“Qəbələ”) – 952

6. Elxan Həsənov (“Neftçi”) – 943

7. Dmitri Bezotosnı (“Qəbələ”) - 915

8. Boyan Pavloviç (“Qarabağ”) – 828

9. Sergey Samok (“Turan Tovuz”) - 812

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30