24 Sentyabr 2026, Cümə axşamı
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”
“Qarabağ”dan fanşopla bağlı yenilik

Ölkə futbolu

Sxadadze: “İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır”

Azərbaycan Premyer Liqasının 24-cü turunda "Qəbələ" doğma meydanda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında görüş haqda fikirlərini bölüşüb:

"Fikrimcə, bərabər bir oyun keçdi. Oyuna çox yaxşı başlamışdıq. Təəssüf ki, çox sadə qollar buraxdıq. Bu səviyyədə belə səhvlərə yol vermək olmaz. Xüsusən də "Neftçi" kimi komandalara qarşı. Psixoloji baxımından işləmək lazımdır. Görünən odur ki, futbolçularda psixoloji baxımdan problem var. Fiziki cəhətdən hər hansı bir problemimizin olduğunu düşünmürəm”.

O, azarkeşlər tərəfindən istefaya səslənməsinə belə münasibət bildirib: “Müəyyən müddətdir burada işləyirəm. Bəzi azarkeşlərin istefaya səsləməsini anlamıram. Avropada bu cür hallarda komandaya və baş məşqçiyə sona qədər dəstək olurlar. İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30