12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Oğuz Çetin: “Bunu bacarsaq, azarkeşlərimiz uğurumuzu küçələrdə qeyd edər"

“Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çetin Türkiyə mətbuatına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, Mustafa Dənizli haqda danışan Çetin Lənkəran təmsilçisinin hədəflərindən də söz açıb: "Mustafa Dənizli şəxsiyyəti, mədəniyyəti ilə çox fərqli bir insandır. Çalışdığım baş məşqçilər arasında onun yeri başqadır. Hələ də ondan bir şeylər öyrənirəm. Dənizli ilə çox yaxşı mühit yaratmışıq. "Hannover"in başındakı Tayfun Korkutun Almaniyada, bizim də Azərbaycanda bir missiyamız var. İşlədiyimiz yerdə uğur qazanmaq məcburiyyətindəyik. Belə olacağımız təqdirdə, digər türk çalışdırıcıların da yolu açılacaq. Necə ki, bizdən sonra Gevənc Kurtar da Azərbaycana gəldi. "Xəzər Lənkəran"la 3 matçda 7 xal toplamışıq. Düzdür, bu turnir cədvəlindəki yerimizi dəyişdirməsə də, xal fərqini azaltdıq. İkinci dövrədə ilk “üçlüy”ə düşəcəyik. Əsas hədəf kuboku qazanıb, Avropada oynamaqdır. Bunu bacarsaq, azarkeşlər uğurumuzu küçələrdə qeyd edər".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30