Ölkə futbolu
Yuri Vernidubdan qələbə şərhi
"Neftçi" Azərbaycan Premyer Liqasının 19-cu turunda doğma meydanda "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komanda birinci hissədə yaxşı oynadı, ikinci yarıda isə eyni tempi göstərə bilmədi. Bunun səbəbi nədir?
- Bəli, birinci hissədə çox yaxşı oynadıq. Bir qol vurduq. İkincini də vura bilərdik. "Qəbələ"nin isə ümumiyyətlə fürsətləri olmadı. İkinci hissəyə gəldikdə, psixologiya ilə bağlıdır. Komanda bu meydanda uzun müddətdir qələbə qazanmırdı. Hesabda öndə idik deyə bəlkə də komanda müdafiə olunmağı seçdi. Bu da bizim istədiyimiz oyun deyil. Daha yaxşı oyun gözləyirdik. Oyunçulara dedim ki, bu gün bizə qələbə lazımdır ki, yolumuza davam edə bilək. Onlar buna nail oldular. Mən də təşəkkür edirəm. Oyun yaddan çıxır. Nəticə isə həmişə yadda qalır.
- Mediada belə xəbərlər var ki, "Qarabağ"la oyunun təxirə salınmamasını ən çox siz tələb edirsiz. Bu, nə dərəcədə doğrudur?
- Hansı mediada yazılıb? Kim yazıb? Mənə deyilsə ki, oynayaq, oynayacağıq. Oynamayaq deyilsə, oynamayacağıq.
- Rəqib komandanın məşqçisi dedi ki, oyunda aqressvilik var idi. Siz bu fikirlə razısınız?
- Aqressivlik yox, intensivlik var idi. "Neftçi" və "Qəbələ"nin futbolçularının bir-birini vurmasını, zədələməsini görmədim.
- "Qarabağ"la oyunun təxirə salınması məsəsi son günlərdə gündəmi zəbt edib. Həmin matça xüsusi motivasiya ilə çıxmağa ehtiyac var, yoxsa adi oyun kimi yanaşacaqsınız?
- Azərbaycan Premyer Liqasında 12 komanda var. Bizə görə onlardan biri bizik, digər 11 komanda isə rəqibdir. Mənim üçün hər oyun önəmlidir. Rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur. İstəyirəm ki, həm oyunda qələbə qazanım. Qarşımda duran tapşırıq budur.
- Hakimin idarəçiliyi sizi razı saldı?
- Mən baş məşqçiyəm və hakimin hərəkətlərini şərh edə bilmərəm. Bunun üçün federasiya, Hakimlər Komitəsi var. Amma səmimi deyim ki, bəzi məqamlarla razı deyiləm. Hakimlər də insandır, onlar da səhv edə bilərlər. Qərəzli yanaşma görmədim.
- Yeni transferiniz Breno Almeyda meydana çıxmağa hazırdır?
- Onu uzun müddətdir izləyirdik. Bizdə çox yaxşı skautinq var. Bu oyunçu həm skautların, həm də məşqçi heyətinin xoşuna gəldi. Həm cinahlarda, həm də hücumun mərkəzində oynamağı bacarır.Yaxşı sürəti, texnikası və driblinqi var. Ondan gözləntilərim böyükdür. Sabahdan etibarən bizimlə məşqlərdə olacaq. Əlbəttə ki, kollektivə tam uyğunlaşması üçün bir az vaxt lazımdır. Bir həftədən sonra oynaya bilər. Dərhal onu meydana buraxa bilmərəm. Məşqlərdə futbolçuya baxmaq lazımdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























