Ölkə futbolu
"Yenə də favorit "Qarabağ"dır"
“Hava şəraiti hər iki komandaya çətinlik yaradırdı. Futbolçular döyüşdülər. "Qarabağ" kimi rəqiblə iki oyunda mübarizə aparmaq nə qədər çətin olsa da, komandamız və gələcəyimiz üçün yaxşı güc verir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. "Qarabağ" sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Amma futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı etdilər. Çünki sonradan yorğunluq oldu. Biz də sıx qrafikdə oynayırıq, çətin matçlardır. Davam edəcəyik. Beş gündən sonra yenidən "Qarabağ"la oynayacağıq. Yaxşı bərpa keçib, ona hazır olacağıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- "Şamaxı"nın yəqin ki, hədəfi Premyer Liqada qalmaqdır. Kubokda "Qarabağ"a qarşı əsas heyətlə oynadınız. Bu, fiziki gücün zəifləməsinə gətirib çıxara bilər?
- Bizim heyətimiz geniş deyil, çox da rotasiya edə bilmirik. Beş gündən bir oyunlar olur. Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün də oyun lazımdır. "Qarabağ" kimi komandalarla matçda hər şey görünür. Bu tip rəqiblərlə mübarizə aparmaq bizim üçün yaxşı şansdır. Çempionatda hədəfimiz bəllidir. Amma həm yerimizi qorumalıyıq, bir az da üstə yüksəlmək istəyirik.
- Komandanın kubokda hansısa hədəfi var?
- Bu gün həyat mübarizədir. Hamı istəyir ki, hansı sahədə olursa-olsun imkanları daxilində irəli getsin, inkişaf etsin. Əlbəttə, niyə də istəməyək? Amma "Qarabağ"la qarşılaşırıq, bundan sonra kimlərlə qarşılaşa biləcəyimiz də bəllidir. Futboldur da. Mübarizə aparacağıq. Bu gün oyundan qabaq təslim olaq, filan, belə şey yoxdur. Rəqib nə qədər güclü olsa da, hamı mübarizə aparır.
- "Sumqayıt"ın baş məşqçisi olduğunuz dövrdə "Qarabağ"ı kubokda keçə bilmişdiniz. Bu gün də qələbə qazandınız. Cavab görüşündə şansınız nə qədərdir?
- Yenə də favorit "Qarabağ"dır.
- Dumanlı hava şəraitində taktika hansısa mənada işə yarayır?
- Ona görə dedim ki, ilk hissədə daha yaxşı bağlandıq. 60-cı dəqiqədən sonra digər cinahı görməyə çətinlik çəkirdik. Ola bilər ki, tribunadan baxanlar çətinlik çəkirdi. Amma biz tərəfdən görünürdü.
- Növbəti həftədə də "Qarabağ"la oynayırsınız. Eyni hava şəraiti olsa, siz və ya "Qarabağ" matçın təxirə salınması üçün müraciət etmək istəyərsiniz?
- Burada bundan da çətin hava şəraiti olub. "Səbail"lə görüşdən əvvəl Şamaxıda stadionun meydançası qar idi, təxirə salınmadı matç. Həmin vaxtı deyildi ki, qaydalara görə, bu gün oynamasanız, sabah oynamalısınız. Vəziyyət lap da pis olsa, onsuz da bizdən asılı olmayacaq, təxirə düşəcək. Amma hava durumu daha yaxşıya doğru getməlidir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























