16 Sentyabr 2026, Çərşənbə
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Ölkə futbolu

"Karvan-Yevlax" Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib

"Karvan-Yevlax" sabiq baş məşqçisi Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, son bir neçə ay ərzində klubla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər razılıq əldə bilməmişdi:

"Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilib və müqaviləyə xitam verilib. Eyni zamanda, baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunub. Klub olaraq bütün öhdəlikləri yerinə yetirmişik".

Qeyd edək ki, "Karvan-Yevlax" ötən ilin noyabrında Azər Həşimovla vidalaşmışdı. Komanda daha sonra Füzuli Məmmədova tapşırılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30