Ölkə futbolu
Elşən Qənbərov: “Özbəkistan futbolunda tanışlıq, hörmət anlayışı yoxdur“
1998-2000-ci illərdə Azərbaycan millisinin futbolçusu Elşən Qəmbərov, hazırda ABŞ-da yerləşən BridgeView (Nyu-York) futbol akademiyasının prezidenti və baş məşqçisidir. Bir vaxtlar Özbəkistanda da oynamış Qəmbərov verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib.
- ABŞ dünya çempionatına necə hazırlaşır?
- Çox yaxşı. ABŞ-da futbola maraq xeyli artıb. Bundan başqa, ABŞ millisinin futbolçuları Avropada uğurla çıxış edirlər. Oyunların keçiriləcəyi stadionlar tam hazırdır. Azarkeşlər stadionlara gələcək, maraq çox yüksəkdir. Matçlara biletlərin qiyməti 500-1000 dollar arasındadır. Mən ailəmlə birlikdə 2–3 oyunu izləməyi planlaşdırıram. ABŞ millisinin nə dərəcədə güclü çıxış etməsi bizim biznesimizə də ciddi təsir göstərəcək. Bu, birbaşa onun aktivliyində özünü göstərəcək.
- Dünya çempionatında xüsusi azarkeşlik edəcəyiniz bir komanda varmı?
- Böyük ehtimalla bu, Özbəkistan millisi olacaq. Mən orada uzun illər oynamışam, Özbəkistan kubokunu qazanmışam, bürünc medal əldə etmişəm, “Navbahor” və “Dinamo” (Səmərqənd) klublarının heyətində Asiya Çempionlar Liqasında çıxış etmişəm. İki qızım da Özbəkistanda doğulub. Ona görə də, təbii ki, onlara azarkeşlik edəcəyəm. Bundan əlavə, ABŞ millisinin də tərəfdarı olacağam. Bir də mən Kriştiano Ronaldonun azarkeşiyəm, onu canlı görməyi çox istəyirəm.
- Özbəkistan millisi tarixində ilk dəfə mundialın final mərhələsinə vəsiqə qazandı. Sizcə, bu, infrastruktur və qurulmuş sistemin nəticəsidir, yoxsa özbək futbolçuları azərbaycanlılardan daha istedadlıdır?
- Mən deməzdim ki, onlar bizdən güclüdür. Burada hər şeyi sistem və uşaq futboluna göstərilən böyük diqqət həll edir. Özbəkistanda uşaq futboluna hər zaman ciddi investisiyalar qoyulub. Nümunə olaraq “Bunyodkor”, “Paxtakor” və digər klubları, eləcə də “Navbahor”u göstərmək olar. Namanqan kiçik şəhərdir, amma oranın da öz futbol akademiyası var. Akademiyada çalışan məşqçi ayda minimum 1000-1500 dollar maaş alır. Orada tanışlıq, hörmət anlayışı yoxdur. Rəqabətə dözmürsənsə, oynamırsan. Onlar qarşılarına dəqiq məqsəd qoyub və ardıcıl şəkildə ona doğru irəliləyiblər. Gələn il Özbəkistana getməyi planlaşdırıram. Doğrudan da, orada hər şey yüksək səviyyədədir. Maaşlar “Qarabağ” və “Neftçi”dən az deyil. Klublarında legionerlər var, amma yerli futbolçular çox güclüdür və əksəriyyəti də məhz onlardır. Mən Özbəkistanda oynayanda, hətta zədələrlə belə daim meydana çıxırdım. Əgər pis oynasaydım, məni sadəcə buraxmazdılar. Mən məhz oyunum hesabına rəqabətə davamlı qalırdım.
- Yeri gəlmişkən, Bahodir Nəsimovu xatırlayırsınız?
- Mən Səmərqənd “Dinamo”sunda oynayanda o, əvəzedici heyətdə idi. Uşaq idi. Ona balaca bir maşın hədiyyə etmişdilər, amma klubun prezidenti əsəbiləşib onu geri aldı (gülür). Klub rəhbərliyi məni çox sevirdi və mən maşını geri qaytarması üçün onun yanına xahişə getdim. Razılaşdı, amma dedi: “Ona de, bir də pis oynasa...” Mən də dedim ki, mütləq çatdıraram. Elə həmin Bahodir sonra özünü göstərdi, inkişaf etdi və Rusiyaya getdi, daha sonra “Neftçi”yə gəldi. Təxminən bir-iki həftə əvvəl onunla danışmışdıq. Deyir: “Elşən, bura gəl”. Orada evim də var – Daşkənddə. Özbəkistanda məni çox sevirdilər. İki-üç il əvvəl “Dinamo”nun hansısa komanda ilə oyununa getmişdim. Bütün stadion mənim adımı səsləyirdi. Azarkeşlər mənimlə şəkil çəkdirirdilər. Gözlərim doldu. Orada karyeram doğrudan da çox uğurlu alınıb. Mircalol Kasımov, Muxtar Kurbanov, Şuhrat Rəhmanqulov, Cəfər İrismetov kimi ulduzlarla əla münasibətlərim var.
- Özbəkistan millisinin dünya çempionatına vəsiqə qazanmasından sonra onları təbrik etmisinizmi?
- Bəli, hamını təbrik etdim. Alınsa, yenidən ora gedib onlarla görüşəcəyəm. Bir maraqlı faktı da deyim. Vaxtilə “Navbahor”da oynayarkən “Paxtakor”la oyunda qol vurmuşdum və biz 1:0 hesabı ilə qalib gəlmişdik. Bundan sonra mənə Özbəkistan millisində oynamaq təklifi gəldi.
- Azərbaycan və Özbəkistan birgə U-20 dünya çempionatını keçirəcək. Həm Özbəkistanda, həm də Azərbaycanda uzun illər oynamış bir insan kimi, DÇ-nin təşkilinə hazırlıqda iştirak etmək istərdinizmi? Məsələn, səfir qismində...
- Əlbəttə, bu prosesdə iştirak etmək istərdim. Çünki orada demək olar ki, hamını tanıyıram: federasiya nümayəndələrini, hakimləri, Özbəkistan futbolunun bütün ulduzlarını. İndi də əlaqədəyik, ünsiyyətdəyik, onlar mənim dostlarımdır. Azərbaycan mənim vətənimdir. Azərbaycanı çox sevirəm. Hətta ABŞ-da olarkən də imkan daxilində bizim uşaqlara kömək edir, onları dəstəkləyirəm. Özbəkistan mənim ikinci vətənimdir. Orada oynadığım bütün illər ərzində mənə bir dəfə də olsun kobud söz deyilməyib. Dünya çempionatının səfiri olmaq və ya ümumiyyətlə, bu proseslərdə iştirak etmək istərdim. Bu, çox gözəl olardı. Özbəkistanda mənə hörmətlə yanaşırlar və məni yaxşı tanıyırlar, Azərbaycanda da eyni şəkildə.
- U-20 dünya çempionatının keçirilməsi hər iki ölkənin futboluna necə təsir edəcək?
- Şübhəsiz ki, müsbət. Futbolun populyarlığı artacaq. Qətərdə keçirilən dünya çempionatında Mərakeş millisi çox uğurlu çıxış etdi və bundan sonra ABŞ-dakı akademiyamıza təxminən 50 mərakeşli uşaq gəldi. Ayrı bir qrup formalaşdı. Onlarda futbola maraq xeyli artdı. Əgər Azərbaycan millisinin U-20 komandası dünya çempionatında bir-iki uğurlu oyun keçirsə, bu, futbolumuzun inkişafına yeni impuls verəcək və ciddi canlanmaya səbəb olacaq.
Mənbə: azerisport.com
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Millimiz Vyetnama məğlub oldu
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
-
23:49
Millimiz Andorraya qalib gəldi
-
23:36
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib FOTOLENT
-
20:15
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
20:01
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
-
19:44
Zavarovun komanda yoldaşı, Banişevskinin sevimlisi
-
18:00
"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub
-
17:37
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
-
17:13
Karateçilərimiz beynəlxalq turnirdə 23 medal qazanıblar
-
16:58
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub
-
16:26
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
-
16:09
Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub
-
15:42
“Neftçi” veteran futbolçularını təbrik etdi FOTOLENT
-
15:15
Benziyanın yeni klubu müəyyənləşdi
-
14:51
Lukaku millidəki karyerasını bitirdi
-
14:34
Füzuli Məmmədov: “Birliyimiz sayəsində çempion olacağıq”
-
14:00
İspaniya 43-də dayandı
-
13:27
Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək
-
12:53
Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
12:18
Luka Modriç Lionel Messiyə çatdı
-
11:36
Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri məlum olub
-
11:09
Cüdo üzrə Bakı çempionatına yekun vurulub
-
10:45
Kipr - Monteneqro matçında 5 qol VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
17.11.2026
16.11.2026
























