13 Avqust 2026, Cümə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

“Əzmkar qələbə qazandıq”

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda "Şamaxı" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında danışan mütəxəssis qarşılaşmanın gərgin keçdiyini bildirib:

"Ağır oyun alındı. Meydançada gərgin mübarizənin şahidi olduq. Rəqibimiz "Şamaxı" da yaxşı komandadır. Bu gün futbol adına maraqlı oyuna şahidlik etdik".

Baş məşqçi futbolçularını təbrik edərək gələcək hədəflərdən də söz açıb: "Komandamı bu əzmkar qələbə münasibətilə, həmçinin qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən etibarən daha yaxşısını və daha artığını etməyə çalışacağıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31