26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

"Qarabağ"ın zədəli futbolçularını durumuna aydınlıq gəldi

"Qarabağ" klubu zədəli futbolçuları ilə bağlı açıqlama yayıb.

Futbolxeber.az saytının məlumatına görə, açıqlamada qeyd edilib ki, "Sabah"la görşüdə sıradan çıxan Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7-10 gün ərzində gözlənilir.

Bud-çanaq oynağından əməliyyat olunan qapıçı Şahruddin Məhəmmədəliyevin həkimlərin rəyinə əsasən müalicə-bərpa müddəti 4-6 ay təşkil edəcək.

Bir müddətdir zədədən əziyyət çəkən Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesinin klubun tibbi heyətinin nəzarəti altında davam etdiyi bildirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30