26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

“Qarabağ” 10 min manat cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçında baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 2500 manat cərimə edilib.

Matçın 54-cü dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 7 min manat cərimə edilib.

Oyunda “Qarabağ”ın azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə klub 3 min manat cərimə edilib. Stadiona dəymiş ziyan “Qarabağ” komandası tərəfindən qarşılanmalı olduğu bildirilib.

Görüşdə “Qarabağ” komandasının təyin edilmiş vaxtdan gec gəldiyinə görə kluba xəbərdarlıq edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30