10 May 2026, Bazar günü
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
Sxadadze: “Vacib 1 xal qazandıq”
Qurbanov: “Nəticə oyuna görə idi”

Ölkə futbolu

Pedro Bikalyo: “Çempionat hələ bitməyib”

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının ilk turunda təxirə salınmış oyunda “Sabah”a 1:2 hesabı ilə uduzdunuz. Görüşü necə şərh edərdiniz?

- Kifayət qədər çətin oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Gərgin qarşılaşma alındı. Hesabda önə keçsək də, təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik.

- Qeyd etdiyiniz kimi, hesabda önə keçmişdiniz. Qələbə qazanmağınıza nə mane oldu?

- Bir az dözümlülük çatmadı. Bir qədər xətlərarası əlaqə də demək olar. Bir xətdən digərinə keçid istədiyimiz kimi alınmadı. Lakin bütün bunlar düzəldiləsi şeylərdir. Müəyyən qədər zaman lazımdır.

- Sıx qrafiki nəzərə alsaq, fiziki yorğunluq məğlubiyyətdə nə dərəcədə rol oynadı?

- Təbii ki, fasilə ərəfəsində istər-istəməz yorğunçuluq olur. Lakin məğlubiyyəti təkcə bununla əlaqələndirmək olmaz. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik

- Rəqibin çıxışını necə dəyərləndirirsiniz?

- Rəqib yaxşı komandadır. Lakin biz yenə də bu oyundan qələbə ilə ayrıla bilərdik.

- “Sabah” çempionluq yarışında “Qarabağ”a başağrısı ola bilər?

- Təbii ki, məğlubiyyət məğlubiyyətdir. Ancaq çempionat hələ bitməyib. Qarşıda kifayət qədər oyunlar var.

- İlin son oyununda səfərdə “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Təbii ki, çətin keçəcək. Çempionatda demək olar ki, heç bir qarşılaşma əsas alınmır. Bununla belə, meydana yalnız qələbə üçün çıxacağıq. İnanıram ki, istəyimizə çatacağıq.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31