Ölkə futbolu
Karim Rossi: “Bilirdik ki, “Zirə”nin qapıçısı yerlə vurulan zərbələr zamanı çətinlik yaşayır”
“Şamaxı”nın hücumçusu Karim Rossinin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 15-ci turunda “Zirə”ni 2:1 hesabı ilə məğlub etdiniz. Qəbələni necə şərh edərdiniz?
- “Zirə” matça erkən qolla başladı. Buna görə də ilk hissə bizim üçün çox çətin keçdi. Lakin panikaya düşmədik. Bunun da nəticəsində ikinci hissəyə qolla başladıq. Xarakter nümayiş etdirdik. Qələbəyə layiq idik. Azarkeşlərimiz önündə bu cür əzmkar qələbə qazanmağımız sevindiricidir. Göstərdik ki, əvvəlki oyunlardakı səhvlərimizdən nəticə çıxarmışıq. “Sumqayıt”la oyunda hesabda öndə olsaq da, yekunda uduzmuşduq. Lakin bu dəfə eyni səhvləri təkrarlamadıq.
- Fasilədə nə dəyişdi ki, komandanız geridönüş edə bildi?
- Baş məşqçimiz dedi ki, səbirli olaq, panikaya düşməyək. Hücumlarımızı davam etdirək. Biz də deyilən tapşırıqları yerinə yetirdik və bəhrəsini gördük.
- Penaltidən fərqləndiniz. “Zirə”nin qapıçısı Tiaqo Silva 11 metrlik zərbələr zamanı inamlı çıxışı ilə seçilir. Bunu nəzərə alaraq bir qədər təhlükəli, düz küncə zərbə endirdiniz?
- Əvvəla onu deyim ki, ilk hissədə də penalti vura bilərdik. Lakin hakim fərqli qərar qəbul etdi. Bununla belə, penalti olduğu fikrindəyəm. Zərbəmə gəldikdə isə, rəqib qapıçını analiz etmişdik. Bilirdik ki, yerlə vurulan zərbələr zamanı bir qədər çətinlik yaşayır. Buna görə də məhz yerlə küncə zərbə endirdim.
- Üçüncü yerdən “Şamaxı”nı 7 xal ayırır. Komandanız turnir cədvəlində daha üst pillələrə iddia edə bilər?
- Futbolda hər şey mümkündür. Lakin biz bu barədə düşünmürük. Gənc komandamız var. Yalnız hər növbəti matçı fikirləşirik. Məqsədimiz daha yaxşı olmaqdır. Nə qədər xal topladığımızı isə mövsümün sonunda biləcəyik.
- Artıq hesabınızda 6 qol var. Çempionatın bombardiri olmağı hədəfləyirsiniz?
- Mən hər matça inamla çıxıram. Meydanda bacardığımın ən yaxşısını etməyə çalışıram. Məqsədim komandaya kömək etməkdir. Qol vurmaq üçün əlimdən gələni edirəm. İnşallah, növbəti matçlarda da fərqlənmək üçün şanslarım olar.
- Bombardirlər yarışında kimi əsas rəqib kimi görürsünüz?
- Bombardirlər siyahısında Mikels və Simakala məndən öndədir. Lakin bombardirlər cədvəlində sıxlıqdır. Gələcəkdə hər şey baş verə bilər. Dediyim kimi, əsas öz oyunumuza fokuslanıram.
- Növbəti turda, ilin son matçında “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaqsınız. Həmin oyundan gözləntiləriniz nədir?
- Biz düşünürük ki, hər komandaya qarşı oynaya bilərik. Baş məşqçimiz də bizi bütün matçlara yaxşı hazırlaşdırır. “Araz-Naxçıvan” da güclü komandadır. Odur ki, bizi qarşıda çətin görüş gözləyir. Buna baxmayaraq, məqsədimiz uğurlu nəticə qazanmaqdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























