Ölkə futbolu
“Sumqayıt”ın yaponiyalısı: “Qutabı çox sevirəm”
“Sumqayıt”ın yarımmüdafiəçisi Masaki Murata Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi” ilə görüşdən (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- “Neftçi” güclü rəqibdir. Heyətlərində çox yaxşı futbolçular var. Onlara qarşı oyunlrımız həmişə çətin keçir. Düzünü demək lazımdır, ilk hissədə “Neftçi” üstün oynadı. Elə ikinci 45 dəqiqənin əvvəlində də pis deyildilər. Bunun da nəticəsində hesabı 2:0-a çatdırdılar. Biz isə matça yaxşı başlamadıq. Xüsusən də ilk 20 dəqiqədə zəif idik. Lakin sonradan toparlandıq. Hesabda geri olsaq da, məğlubiyyətdən qaçmağı bacardıq. Bu da sevindiricidir.
- “Neftçi” matça yeni baş məşqçi ilə çıxmışdı. Bu, “Sumqayıt”ın lehinə idi, yoxsa əleyhinə?
- Bəli, bilirdik ki, rəqib yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Bu da rəqib futbolçuların motivasiyasını artıracaq. Belə də oldu. Görüş hər nə qədər çətin olsa, yekunda xal qazanmağı bacardıq.
- Matçın gedişində meydanda tez-tez gərginlik yaşanırdı. Hətta sona yaxın dava da düşdü. Bütün bunlar nədən irəli gəlirdi?
- Davanın səbəbini bilmirəm. Mən həmin vaxt əvəz olunmuşdum, meydanda deyildim. Ehtiyat oyunçular skamyasından isə konkret fikir bildirmək çətindir. Gördüyümə əsasən deyə bilərəm ki, bizim futbolçumuza qarşı kobudluq olmuşdu. Hər şey də bundan sonra başladı.
- Bu, sizin “Sumqayıt”a ikinci gəlişinizdir. Saşa İliçin komandası əvvəlki kollektivdən nə ilə fərqlənir?
- Hazırda yenidən “Sumqayıt”da olduğum üçün xoşbəxtəm. İşimizdən zövq alırıq. Hamı birlikdə komandanın uğuru üçün çalışır. Bir sözlə, yaxşı kollektivimiz var.
- Hazırkı duruma görə “Sumqayıt”ın avrokubok şansını necə qiymətləndirirsiniz?
- Turnir cədvəlində vəziyyətimiz yaxşıdır. Lakin mövsümün sonuna hələ çox var. Məqsədimiz oyundan oyuna irəli getmək və daha çox xallar qazanmaqdır.
- Azərbaycanda sizdən başqa daha bir yaponiyalı futbolçu – Ryonosuke Ohori də çıxış edir. Onunla tanışlığınız var?
- Bəli, Ohori ilə əlaqəmiz var. Lakin hazırda “Kəpəz”də çıxış etdiyi üçün o, Bakıda yaşamır. Bununla belə, imkan olanda mütləq görüşürük, kafedə oturuq, futboldan danışırıq. Bir sözlə, münasibətimiz yaxşıdır.
- Kafedən söz düşmüşkən, Azərbaycan mətbəxi ilə aranız necədir, sevdiyiniz milli yemək hansıdır?
- Azərbaycan mətbəxi ilə aram yaxşıdır. Ən çox sevdiyim isə qutabdır (gülür). Bəzən məşqlərdən sonra futbolçularla birlikdə qutab yeməyə gedirik. Şirniyyatları da sevirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























