26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi 10-cu oldu

Azərbaycan Premyer Liqasının 15-ci turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı Yuri Vernidub “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb.

Vernidub Premyer Liqada cari mövsümdə debüt edən 4-cü əcnəbi mütəxəssisdir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) I, Valdas Dambrauskas (“Sabah”) II turda debüt edib.

Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.

O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub (pfl.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30