26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

Azərbaycan çempionatında 18 ildən sonra

Azərbaycan Premyer Liqasının 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib.

Futbolxeber.az-ın PFL-n saytına istinadən verdiyi məlumata görə, “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü sülhsüz başa vurub. Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub.

Bu, turnirin tarixində 14-cü belə hadisədir. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.

Sonuncu belə seriya 18 il əvvəl - 2007/08 mövsümündə qeydə alınıb. “Gənclərbirliyi” sülhsevməzlik nümayiş etdirib.

Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb - 14 qələbə, 1 məğlubiyyət.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30