18 Sentyabr 2026, Cümə
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə

Ölkə futbolu

AFFA-dan 4 klubu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Premyer Liqasının 12-ci turunun matçlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Karvan-Yevlax” - “Kəpəz” oyununda “Karvan-Yevlax”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Eyni matçda meydançaya kənar şəxs daxil olduğuna görə “Karvan-Yevlax” 2500 manat cərimə edilib.

Bu görüşdə meydançaya kənar əşyalar atıldığına görə “Karvan-Yevlax” 2000 manat cərimələnib.

Həmin oyunda “Karvan-Yevlax” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.

“Sumqayıt” - “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Sumqayıt”ın 72 nömrəli futbolçusu Rayan Senhadji ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq, "gənclik şəhər" təmsilçisi isə 500 manat cərimə edilib.

“Araz-Naxçıvan” - “Turan Tovuz” matçı bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib.

Eyni görüşdə “Turan Tovuz”da 4 nəfər sarı vərəqə aldığı üçün bölgə klubu 700 manat cərimə edilib.

Bu oyunda “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimələnib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30