18 Sentyabr 2026, Cümə
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə

Ölkə futbolu

Yankoviç: “Napoli” ilə matçda maksimum gücümüzü ortaya qoyacağıq”

"Sabah çox maraqlı oyun olacaq. Çalışacağıq ki, bütün gücümüzü ortaya qoyaq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında səsləndirib.

Monteneqrolu futbolçu sabahkı matçda komandasının maksimum nəticə üçün meydanda olacağını vurğulayıb: “Napoli” güclü komandadır. Bilirik ki, İtaliyada çempion olublar. Çox maraqlı oyun olacaq. Öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu nümayiş etdirməkdir. Böyük komandalarla görüşlərdə qələbə də, məğlubiyyət də, heç-heçə də ola bilər. Biz çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” öz meydanında oynayır. Bizim də iddialarımız var. Yeddi xalımız var və bununla göstərdik ki, böyük komandalara qarşı da oynaya bilərik. Ümid edirəm ki, sabah da nəticə qazana bilərik”.

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30