Ölkə futbolu
“Qarabağ”ın qapıçısı: “Hədəfim TOP-5 liqalardan birində oynamaqdır”
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski sabiq klubu "Stal"ın (Polşa) saytına geniş müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, "Qarabağ"la Çempionlar Liqasının iştirakçısı olan və Polşa milli komandasına dəvət alan Koxalski Myeletsdən Avropa stadionlarına uzanan yolundan, Azərbaycanda gündəlik məşq həyatından, Stal klubunun inkişafında rolundan və bitmək bilməyən arzularından danışıb. Müsahibəni ixtisarla təqdim edirik.
- Mateuş, çox da uzaq olmayan keçmişdə şərhçilər və jurnalistlər PKO BP Ekstraklasada "Stal Myelets"in heyətində sənin oyununa heyran idilər. Bu gün isə "Qarabağ" FK ilə Çempionlar Liqasında seyvlər edəndə yenidən heyranlıq qazanırsan. Bəzən bir il ərzində həyatında nə qədər şeyin dəyişdiyini düşünürsən?
- Hər oyunda rəqibləri dayandıra bilmədim və bütün matçlarla bağlı tam razı qaldığımı da deməzdim. Təbii ki, performanslarım daha çox müsbət idi. Həyatda “heç nə qeyri-mümkün deyil” fikri tez-tez ağlıma gəlir. "Qarabağ"a gələn elə futbolçular var idi ki, Portuqaliyanın ikinci liqasında və ya başqa ölkələrdə oynayırdılar və indi, mənim kimi, Çempionlar Liqasında çıxış edirlər. Hər bir futbolçu bir gün bu himni eşitmək istəyir; mən də çox istəyirdim və nəhayət, bu, baş verdi.
- Çempionlar Liqasının himnini meydanda ilk dəfə eşitdiyiniz anda nə düşündünüz?
- Açığı, əvvəlcə alışmalı oldum, çünki həmişə bunun xəyalını qurmuşdum. İlk oyundan əvvəl Çempionlar Liqasının himnini yarım gün ərzində fasiləsiz dinlədim (gülür). Amma meydana çıxanda hiss tam başqa idi. Hər zaman oyundan əvvəl gərgin olmamağa çalışıram. Amma o vaxt həyəcan böyük idi – motivasiya verən bir stress. Bu, bir arzunun reallaşması idi, lakin arzular bununla bitmir. Özümə daha böyük hədəflər qoymalıyam. Bu, zirvə deyil. Hələ qarşıda çox şey var və dayanmaq fikrim yoxdur.
- Çempionlar Liqasında Lissabondakı oyunda - favorit olmadığınız qarşılaşmada qələbə qazandınız. Bir il əvvəl PKO BP Ekstraklasada xallar üçün mübarizə aparırdınız, indi isə Çempionlar Liqasında qələbə əlavə edirsiniz. Hakimin final fitindən sonra duyğusal anlar – göz yaşları oldumu?
- Açığı, matç bitəndən sonra gülürdüm. Çünki baş verənlərə inanmaq çətin idi. Bəziləri deyir ki, filmlərdə qəhrəmanın tez uğur qazanması real deyil. Mən özümü elə bir filmdə hiss edirdim. Göz yaşları olmadı, amma şok və böyük sevinc vardı. Mənim üçün fərq etmir rəqib “Çelsi”dir, yoxsa Azərbaycan liqasından bir komanda. Həmişə qalib gəlmək istəyirəm və buna inanıram. Amma buna bu qədər tez və bu cür yaxşı üslubda nail olmağımıza təəccübləndim. Çünki bu, təsadüf deyildi.
- “Çelsi” ilə oyunun yayımında gördüm ki, siz Robert Sançeslə formalarınızı dəyişdiniz.
- Mənim yanaşmam belədir ki, qapıçılar bir az başqa peşə kimidirlər. Heç kimə pislik arzulamıram. Hər oyundan əvvəl rəqib qapıçıya uğurlar arzulayıram, matçdan sonra isə təşəkkür edirəm, təbrik edirəm və ya o məni təbrik edir. Hər qapıçıdan forma toplamaq kimi bir hədəfim var. İndiyədək hamısı ilə dəyişmək mümkün olub. Onun formasını almağım məni sevindirdi, baxmayaraq ki, nəticəyə görə çox əsəbi idi.
- Mətbuatda sizin adınız "Roma" və "Borussiya" Dortmund ilə çəkilir. TOP-5 liqalardan hər hansı bir klubdan maraqla bağlı sizdə məlumat varmı?
- Mən də bu xəbərləri görürəm, amma məlumatı agentdən və ya birbaşa klubdan almalıyıq. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə də uğurlu dövr keçirəndə çox adam buna inanır. Hansısa maraq olur, amma insanların yazdığı səviyyədə deyil. Bunlar hələlik yalnız maraq və sorğulardır, konkret təkliflər yox. Yayda "Stal"dan ayrılarkən 15 klubun maraq göstərdiyini deyə bilərdim, amma heç biri rəsmi təklif verməmişdi. Kiminsə ilkin maraq göstərməsi hələ heç nə demək deyil. Amma belə siqnallar belə mənə motivasiya verir. Deməli, kimsə məni izləyib.
- Yəni hazırda "Borussiya" Dortmundun sizi almaq istədiyinə dair rəsmi məlumatınız yoxdur?
- Bəli, belə bir məlumatım yoxdur.
- İndi 2025-ci ilin noyabr ayındayıq. Mateus Koxalski bu gün nəyə doğru gedir?
- Daha yaxşı oynamağa və Çempionlar Liqasında daha az qol buraxmağa. Komandaya maksimum kömək etməyə, daha çox effektiv müdaxilə etməyə çalışıram. Arzum ən yüksək səviyyədə oynamaqdır - yəni TOP-5 liqalardan birinə və ya digər güclü Avropa liqasına transfer olmaq. Mənim “sərhədim”? Bəlkə də yalnız “Qızıl topu” qazanmağım ola bilər (gülür). Zarafat edirəm, əlbəttə, çünki bu, nəzəri olaraq mümkün deyil. Amma "Stal"da ehtiyat skamyasında oturarkən də iki il sonra Çempionlar Liqasında oynayacağımı çoxları real hesab etmirdi. Həmçinin Polşa milli komandasında debüt etmək və mümkün qədər çox oyun keçirmək istəyirəm.
- Çempionlar Liqasını qazandığınız zaman kuboku Mielecə gətirəcəksiniz? (hər ikisi gülür)
- Əlbəttə. Söz verirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:00
"Qarabağ"dan qələbə, "Turan Tovuz"un səfər sınağı
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Çelsi"dən darmadağın VİDEO
-
10:23
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
10:00
"Barselona"nın qələbəsi VİDEO
-
23:51
"Sumqayıt" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:19
Filipe Kandidodan qələbə şərhi
-
22:37
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
-
21:23
"Sumqayıt"ın qələbə həsrəti bitdi
-
20:42
"Zirə" - "Şamaxı" matçında 2 qol VİDEO
-
20:00
Azər Bağırov: “Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil”
-
19:34
Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”
-
18:58
Dünya çempionatı: Uşanqi finalda uduzdu, Kənan bürünc qazandı
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
11.10.2026
10.10.2026
09.10.2026
























