Ölkə futbolu
“Hücum etməyə çalışacağıq”
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində sabah Bakıda Fransa seçməsi ilə üz-üzə gələcək.
Futbolxeber.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sabah seçmə mərhələdə sonuncu oyunumuzdur. Ağır qrupda idik. Fransa millisi qrupun lideridir. Səfərdə də ağır oyun olmuşdu. Amma həqiqətən orada futbolçularımızın mübarizəsi 70-ci dəqiqəyə qədər yaxşı idi. Bilirdik ki, sonlarda rəqib üzərimizə daha çox gələcək. Sabah heyətlərində dəyişikliklər ola bilər. Yeni futbolçular var, özlərini daha çox göstərməyə çalışacaqlar. Bizdə də itkilər var. Toral Bayramov da dünən zədələndi. Onun yerinə oynayacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçularımız ən azından yaxşı mübarizə aparacaq. Bugünkü gündə belə rəqiblə mübarizə aparmağın özü də gələcəyimiz üçün yaxşılığa doğru addım sayıla bilər.
- Robert Prosneçkidən sonra gələn məşqçilərin üslubuna baxsaq, hamısı sizin kimi müdafiə taktikası ilə oynayırdılar. Sabah bəlkə "avtobus"u kənara qoyaq, hücum edək, başqa cür oynayaq. Müdafiə futbolundan uzaqlaşmaq mümkündür?
- Müdafiə deyəndə ki, bu gün baxsaq, görərik ki, Fransa ilə oyunda bütün rəqiblər çətinlik çəkir. İslandiya ilə oyunu deyirsinizsə, 2 oyun arasında çox fərq var. "Avtobus", müdafiə futbolu deyirik. Bəlkə İslandiya matçı ən çox hücum etdiyimiz oyun idi. Qol epizodlarına da girdik. Əvvəl 1-2 epizod yaradıb, sevinirdiksə, son matçda 6 qol epizodumuz oldu. Biz də hücum etmək istəyirik, futbolçularımız da. Rəqibdən çox şey asılıdır. Əsas odur ki, sabah mübarizə aparaq. Futbolda ancaq hücum etmək deyə bir şey yoxdur. Çempionlar Liqasında oynayan komandalar həm hücum edirlər, həm də müdafiə olunurlar. Təəssüf ki, biz ancaq hücumu düşünürük. Reallığımızı qəbul etmirik. Bizim özünəməxsus yanaşmamız olacaq. Rəqibi analiz edərək, hücum etməyə çalışacağıq.
- Heyətdə itkilər var. Mahir Emreli, Elvin Cəfərquliyev, Toral Bayramov olmayacaq. Sol cinah müdafiəçisi mövqeyində oynaya biləcək yeganə futbolçu Rüfət Abbasovdur. Onun 90 dəqiqə oynamağa fiziki gücü yetəcək?
- Sol cinah müdafiəçilərinin belə zədələnməsi bizi çətin duruma saldı. Rüfət Abbasov İslandiyaya qarşı oynadı. İlk oyunu idi. Gənclərə şans verməliyik. Gəncləri milliyə görünüş üçün çağırmırıq. Çağırırıqsa, deməli, onlara güvənirik. Xəyal Əliyev də pis təsir bağışlamadı. Dəyişiklik ola bilər. Futbolçuların durumuna baxacağıq. İslandiya ilə matçda ağır yükləndilər. Bu gün qərar verəcəyik.
- Şahruddin Məhəmmədəliyevin cəzası bitib. Təcrübəsi digər qapıçılardan çoxdur. Sabah qapıda kimi görəcəyik?
- Bilirik ki, 1-ci qapıçımız Şahruddindir. Aydın Bayramov işinin öhdəsindən gəlməyə çalışdı. Sabah qapıpa Şahruddini görəcəyik.
- Toral Bayramovun zədəsi nə dərəcədə ciddidir?
- Əzələsində 1-ci dərəcəli dartılma var.
- Didye Deşam bildirdi ki, Azərbaycan millisi inadkar komandadır. İbrahima Konate isə dedi ki, Azərbaycan Parisdə bizi təəccübləndirdi. Bəs nəticə ilə necə, Fransanı təəccübləndirə bilərik?
- Bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Müasir futbolda gözlənilməz nəticələr olur. Hər şey mümkündür. Futbolçular da xal qazanmağı çox istəyirlər. İslandiya ilə matçda qələbəyə köklənmişdik. Ukrayna və İslandiyanın qrupdan çıxmaq şansı var idi. Bəzi qruplara baxırıq, hardasa bir az zəif komandalar olur ki, daha çox xal qazanasan. Bizimki isə çox möhkəm qrup idi. Sabah inanacağıq. İnam olmasa, bu işi görməyə dəyməz.
- İslandiya ilə oyundan fərqli olaraq sabah stadion tam dolu olacaq. Azarkeşlər ulduz futbolçuları görmək üçün gəlirlər. Onları necə təəccübləndirə bilərsiniz?
- Klublarımızın, millimizin rəqibi böyük komandalar olanda fərq olur. Çalışacağıq ki, mübarizə aparaq. Azarkeşlər dəstək olacaq. İslandiya ilə matçda da belə idi. Təki, onları sevindirək.
- Fransa millisinin heyətində çox dəyişiklik olacaq. Əvvəlki komanda olmayacaq, bir az zəif ola bilərlər. Sizin üçün prestijli zəfər əldə etmək üçün fürsət ola bilər?
- Rəqibimiz qrupdan çıxıb və yəqin ki, yeni oyunçulara şans verəcəklər. Amma o futbolçular da Avropanın ən böyük komandalarında oynayırlar. Özlərini göstərməyə çalışacaqlar. Meydanda kim oynasa da, fərqi yoxdur. Eyni mübarizəni aparacağıq.
- Azərbaycan millisi üçün sabah əsas motivasiya qaynağı nə olacaq?
- Fransa millisinin xala ehtiyac var, ya yox, meydana qələbə üçün çıxırlar. Motivasiyamız odur ki, böyük komandaya qarşı mübarizə aparaq. Böyük oyundur. Bu cür matçlarda mübarizə aparmaq gələcək üçün yaxşıdır.
- Deyirdik ki, milliyə yerli məşqçi gəlsin. İslandiya ilə oyundan sonra isə deyirlər ki, materialımız yoxdur, legioner limiti götürülüb. Millətlər Liqasına böyük ümidimiz var. Materialı necə dəyişəcəksiniz? Ortaya necə yeni material çıxacaracaqsınız?
- Material var. Sadəcə formada deyillər. Səbəbləri də bəlli deyil. Bu futbolçularımız tam formada olsalar, Millətlər Liqasında yaxşı mübarizə apara bilərik. Amma ora qədər vaxt var. Futbolçular formada olmalıdır, bunun üçün isə oynamaq lazımdır. Bu gün futbolçu milliyə hazır gəlməlidir. 3-4 günə onları hazır etmək olmur. Seçim imkanımız da olmalıdır. Futbolçular öz klublarında daimi oynamalıdır. Klubda mübarizəni udmalıdırlar. 4 hücumçumuzun dördü də formada olsa, rahat olardıq. Bu dəqiqə millimizin potensialı var.
- Yenə Fransa ilə oyundan əvvəl "Oser faciəsi"nin qəhrəmanlarından biri, hazırda "Turan Tovuz"da məşqçi kimi çalışan Yunis Hüseynov sizin "bostanınıza daş atıb". Bildirib ki, Ayxan Abbasov özünü gülünc vəziyyətə salır, fikirləri məşqçiyə yaraşmır. "Turan Tovuz" haqda danışmasın filan... Bu açıqlamaya münasibətiniz necədir?
- Gəlin oyundan qabaq bu mövzulara toxunmayaq. Bütün klublar mənim üçün eynidir. Hər birinin məşqçilərinə hörmətlə yanaşıram, heç bir kluba hörmətsizlik etməmişəm.
- Milli komandanın direktoru İlqar Qurbanov hər oyun texniki zonada yanınızda əyləşir. Bunun səbəbi nədir? Maraqlıdır ki, sizin və köməkçilərinizin bacarmadığı, bilmədiyi nəyi bilir?
- Bütün dünyada idman direktorları oturur. Təəssüf edirəm ki, belə nələrisə axtarırıq. İlqar Qurbanovdan qabaq da başqa idman direktorları orada oturub. İlqar Qurbanovun ayrı işi var, köməkçilərimin ayrı işi, mənim ayrı işim.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
-
17:03
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
09:20
“Qarabağ”, yoxsa “Zirə”?
-
09:10
U-20 millimiz Moldovanı sınağa çəkir
-
09:00
“Turan Tovuz” “Fənərbaxça”ya qarşı
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
03.10.2026
02.10.2026
























