3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Neftçi”nin kubok oyununa biletləri ödənişsiz əldə edin

Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - MOİK matçına biletlər ödənişsizdir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti açıqlama yayıb.

Biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Xatırladaq ki, oktyabrın 29-u “Palms Sports Arena”da keçiriləcək “Neftçi” - MOİK görüşü saat 19:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31